...

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 52 mindən çox namizəd sənəd verib

Cəmiyyət Materials 3 İyul 2019 16:56 (UTC +04:00)
Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat bu gün başa çatır.
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 52 mindən çox namizəd sənəd verib

Bakı. Elçin Mehdiyev - Trend:

Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat bu gün başa çatır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 24-dən start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 52 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 50 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib.

Müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-ü saat 23:59-da başa çatacaq.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti