Bakı. Elçin Mehdiyev – Trend:
Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz, Xudat) başlanan güclü küləyin yarada biləcəyi qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC-nin əməkdaşları və texnikası hazır vəziyyətdədir.
Bunu Trend-ə “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayev vurğulayıb ki, “Azərişıq”ın Şimal Regional Enerji Təchizatı və Satışı idarəsinin (RETSİ) əməkdaşları bütün əlavə mal-materiallarla təchiz olunub:
“Baş verə biləcək hər hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacağıq”.