...

Komissiya sədri Zaqataladakı zəlzələ ilə bağlı: Tələfat və dağıntı yoxdur

Cəmiyyət Materials 10 Avqust 2019 12:19 (UTC +04:00)
Zaqatalada baş verən zəlzələ onun bütün kəndlərində hiss edilib.
Komissiya sədri Zaqataladakı zəlzələ ilə bağlı: Tələfat və dağıntı yoxdur

Bakı. İlhamə İsabalayeva - Trend:

Zaqatalada baş verən zəlzələ rayonun bütün kəndlərində hiss edilib.

Bunu Trend-ə Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Tofiq Əhmədov deyib.

Onun sözlərinə görə, zəlzələ Zaqatala şəhərində baş verib, dərinliyi 2 km olub və ətraf ərazilərdə 5 bal gücündə hiss edilib.

T.Əhmədov qeyd edib ki, indiyədək olan məlumatlara əsasən, tələfat və dağıntı baş verməyib: "Amma hazırda dəqiqləşdirmələr aparılır. Komissiyalar yerlərdə işləyir".

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli Zaqatalada baş verən zəlzələnin kifayət qədər hiss olunan və orta güclü zəlzələ olduğunu söyləyib.

Qeyd edək ki, bu gün saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 4,9, dərinliyi 2 km olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti