...

Bu il Azərbaycan əhalisi 37 milyard manata yaxın gəlir əldə edib

Cəmiyyət Materials 18 Sentyabr 2019 20:05 (UTC +04:00)
2019-cu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,4 faiz artaraq 36 milyard 861,6 milyon manat təşkil edib.
Bu il Azərbaycan əhalisi 37 milyard manata yaxın gəlir əldə edib

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,4 faiz artaraq 36 milyard 861,6 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, əhalinin hər nəfərinə orta hesabla 3727,8 manatlıq gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 milyard 771,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,3 faiz çox vəsait qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti