...

Bakıda daha bir BÖYÜK LAYİHƏ! 18 kilometrlik velosiped yolu çəkilir

Cəmiyyət Materials 23 Sentyabr 2019 15:39 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda daha bir böyük yol layihəsinə start verilib. Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Belə ki, BNA rəsmisinin sözlərinə görə, paytaxtda velosiped yolunun yaradılması ilə bağlı işlərə başlanıb.

M.Ağayev qeyd edib ki, BNA tərəfindən Bakıda velosiped nəqliyyatının inkişaf etdirilməsi məqsədilə əsaslı şəkildə araşdırmalar aparılıb, paytaxtın yol infrastrukturu, əhalinin əsas maraq dairələri əsas götürülərək müvafiq təklif layihəsi hazırlanıb:

"Sözügedən layihədə ilkin olaraq, şəhərin mərkəzi hissələrini əhatə edən küçə və prospektlərdə velosiped yollarının inşası nəzərdə tutulub. Yolun uzunluğu 18 kilometr planlaşdırılıb. Artıq onun 7 kilometri layihələndirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti