...

“Həkimlərimizi tanıyın!” - Peşəkar həkim, radioloq Emin Məmmədov

Cəmiyyət Materials 27 Sentyabr 2019 10:30 (UTC +04:00)
“Həkimlərimizi tanıyın!” rubrikamızda sizlərə dəqiq diaqnozları ilə pasiyentlərin inamını və etibarını qazanmış peşəkar həkim, radioloq Emin Məmmədovu təqdim edirik.
“Həkimlərimizi tanıyın!” - Peşəkar həkim, radioloq Emin Məmmədov

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda sizlərə dəqiq diaqnozları ilə pasiyentlərin inamını və etibarını qazanmış peşəkar həkim, radioloq Emin Məmmədovu təqdim edirik.

10 ildir ki, Dr. Emin Məmmədov Mərkəzi Gömrük Hospitalında Maqnit Rezonans Tomoqrafiya və Kompüter Tomoqrafiya - ümumi radiologiya, neyroradiologiya, döş qəfəsi radiologiyası, əzələ-dayaq sistemi radiologiyası, uşaq radiologiyası, qaraciyərin KT volümetriyası, rentgen, sümük densitometriyası diaqnostika metodları ilə müayinələri həyata keçirir.

Dr. Emin Məmmədov 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 2007-2008-ci illərdə Milli Onkologiya Mərkəzində şüa diaqnostikası ixtisası üzrə internatura təhsili almışdır. 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında radioloq işləyir.

Dr. Emin Məmmədov öz üzərində çalışan, bilik və bacarıqlarını zənginləşdirən yüksək ixtisaslı mütəxəssisdir. O, 2010-cu ildə Türkiyənin İstanbul şəhərində yerləşən məşhur Florence Nightingale Xəstəxanalar Qrupunda və 2011-ci ildə İstanbulun Qaziosmanpaşa xəstəxanasında ixtisasartırma kursları keçmiş, 2019-cu ildə isə Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Radioloji konfransında iştirak etmişdir. Dr. Emin Məmmədov Avropa Radioloji Cəmiyyətinin üzvüdür.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/emin-mammadov/

Dr. Emin Məmmədovun qəbuluna yazılmaq üçün əlaqə nömrələri: (012) 404-08-08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti