...

Bu yerlərdə fototələlərin sayı artırılacaq

Cəmiyyət Materials 1 Oktyabr 2019 15:59 (UTC +04:00)
Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərində quraşdırılan fototələlərin sayı artırılacaq.
Bu yerlərdə fototələlərin sayı artırılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərində quraşdırılan fototələlərin sayı artırılacaq.

Trend-in məlumatına görə, bunu "Azərbaycanda ekoturizmin inkişaf perspektivləri” mövzusunda keçirilən dəyirmi masada Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyib.

O qeyd edib ki, hazırda Zəngəzur və Hirkan milli parklarında 120 fototələ var. Gələn il isə fototələlərin sayı təxminən 40 ədəd artırılacaq.

E.Əsgərov əlavə edib ki, fototələlər əsasən “Bəbirlərin mühafizəsi” layihəsi çərçivəsində alınıb:

“Fototələlər yalnız bəbirləri deyil, qarşısından keçən bütün heyvanları çəkir. Fototələ ilk növbədə heyvanların ərazidə olub-olmamasını təsdiqləyir. İkincisi, həmin heyvanların cinsini, yaşını, gəzmə arealını, miqrasiyasını müəyyənləşdirir. Fototələlər heyvanların keçdiyi cığırlar üzərində yerləşdirilir. Onlar 10-15 metrdən keçən heyvanların şəklini çəkir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti