...

Mərkəzi Gömrük Hospitalının cərrahı Ümumdünya Qastroenteroloji konqresdə iştirak edib

Cəmiyyət Materials 2 Oktyabr 2019 12:16 (UTC +04:00)

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının cərrahiyyə şöbəsinin rəisi Novruzov Namiq Dünya Qastroenteroloji Təşkilatının və Türkiyə Qastroenteroloji Dərnəyinin birgə təşkilatçılığı ilə 21-24 sentyabr 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən Ümumdünya Qastroenteroloji konqresində iştirak edib.

Mötəbər beynalxalq tədbirdə Dr. Namiq Novruzov “Öd yolu daşları müalicəsində Endoskopik Retroqrad Xolangiopankreatoqrafiyanın rolu” elmi mövzusunda məruzə ilə çıxış edərək öd yolu daşları müalicəsinin müasir metodları haqqında ətraflı məlumat verib. İki ildən bir keçirilən beynəlxalq konqresdə dünyanın 50-yə yaxın ölkəsindən bu sahənin nüfuzlu cərrahları iştirak ediblər.

Qeyd edək ki, öd yollarından daşların endoskopik yolla xaric edilməsi Mərkəzi Gömrük Hospitalının cərrahiyyə şöbəsində 2010-cu ildən etibarən icra edilməkdədir. Həkimlərimizin bu sahədə olan təcrübəsi ölkəmizi beynəlxalq miqyasda təmsil etməyə əsas verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti