...

Şimal bölgəsində güclü külək başladı, “Azərişıq” gücləndirilmiş rejimə keçdi

Cəmiyyət Materials 7 Oktyabr 2019 10:11 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz) güclü külək başlayıb və baş verə biləcək elektrik enerjisi kəsintisinin və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” önləyici tədbirlər görür.

Bunu Trend-ə açıqlamasında "Azərişıq" Açıq Səmdar Cəmiyyətinin (ASC) Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı idarəsinin (RETSİ) baş verə biləcək qəzaların qarşısını almaq üçün əlavə texnika və canlı qüvvə cəlb edib: “Qarşıdakı 3 saat ərzində Şimal bölgəsində, Bakıda və Abşeron yarımadasında küləyin sürəti 30-33 m/s çatacağı ilə bağlı məlumat əldə etmişik. Hazırda əməkdaşlarımız və texnika hazır vəziyyətdədir. Əməkdaşlarımız bütün əlavə mal-materiallarla təchiz olunub. Baş verə biləcək hər-hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti