...

Gənc azərbaycanlı gimnast: Mürəkkəb elementləri yerinə yetirmək xoşlayıram

Cəmiyyət Materials 13 Oktyabr 2019 07:43 (UTC +04:00)
Milli Gimnastika Arenasında çıxış etməyi çox xoşladım
Gənc azərbaycanlı gimnast: Mürəkkəb elementləri yerinə yetirmək xoşlayıram

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında çıxış etməyi çox xoşladım.

Bunu Trend-ə şənbə günü aerobika gimnastika üzrə Azərbaycan beşinci çempionatının və Bakı çempionatının iştirakçısı, "AyUlduz" klubunun şagirdi Umleyla Soltanova deyib.

Soltanova yarışlar haqqında bunları deyib: “Bunlar mənim ilk böyük aerobika gimnastika yarışlarımdır. Milli Gimnastika Arenasında yarışların keçirilməsinə görə çox şadam, çünki burada çıxış etmək çox rahatdır, geniş və işıqlı salon var "deyə o bildirib.

Umleyla Soltanovanın dediyinə görə, məşqdə mürəkkəb elementlər olduğuna baxmayaraq, yenə də böyük həvəslə məşğul olur.

"Anam gimnastika etməyimi təklif etdi və mən məmnuniyyətlə razılaşdım. Aerobika gimnastikası ilə maraqlanıram. Kompleks elementləri yerinə yetirmək xoşlayıram. Onlar mənim üçün çox yüngül görsənirlər" deyə "AyUlduz" klubun şagirdi deyib.

4 günlük yerli turnirə ilk olaraq bədii gimnastlar start verəcək. İştirakçılar yarışlar ərzində “gənclər”, “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Aerobika gimnastları isə “böyüklər”, “gənclər”, “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş kateqoriyasında yer alaraq, fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramında çıxış edəcəklər.

Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı şəhəri və bölgələr üzrə ümumilikdə 300-dən çox idmançının iştirakı gözlənilir.

Bakı şəhəri üzrə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Gymkids” Klublarının, “Zirvə International”, Zabrat İdman Klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti