...

“Hüquqlar – hamı üçün!” mövzusunda ənənəvi müsabiqə keçirilir

Cəmiyyət Materials 30 Oktyabr 2019 16:32 (UTC +04:00)
Ombudsman 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar – hamı üçün!” mövzusunda jurnalist yazılarının ənənəvi müsabiqəsini keçirir.
“Hüquqlar – hamı üçün!” mövzusunda ənənəvi müsabiqə keçirilir

Bakı. Trend:

Ombudsman 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar – hamı üçün!” mövzusunda jurnalist yazılarının ənənəvi müsabiqəsini keçirir.

Müsabiqə üçün yazılar 27 noyabr 2019-cu il saat 18:00-dək Ombudsman Aparatına (Ü.Hacıbəyli küçəsi, 80, Hökumət evi, II qapı) təqdim edilməlidir.

Müsabiqəyə ünvanlanmış yazıların respublikamızda çıxan hər hansı bir qəzetdə dərc olunması və müəlliflərin münsiflər heyətinə özləri haqqında qısa məlumat, o cümlədən əlaqə telefonları, bir ədəd fotoşəkil (4x5 ölçüdə) göndərməsi mütləq şərtdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti