...

RİH başçısının müavini: Nəsiminin yubileyi ilə bağlı əkiləcək tinglər Ucarda baramaçılığın inkişafına töhfə verəcək

Cəmiyyət Materials 25 Noyabr 2019 21:00 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Ucar rayonunda əkiləcək ağaclar rayonda baramaçılığın inkişafına xüsusi töhfə verəcək.
RİH başçısının müavini: Nəsiminin yubileyi ilə bağlı əkiləcək tinglər Ucarda baramaçılığın inkişafına töhfə verəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Ucar rayonunda əkiləcək ağaclar rayonda baramaçılığın inkişafına xüsusi töhfə verəcək.

Bunu Trend-ə Bərdə Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Vaqim Mehdiyev deyib.

Onun sözlərinə görə, bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Ucarın mərkəzində və kəndlərində 10 min ağac əkiləcək.

V.Mehdiyev qeyd edib ki, rayon mərkəzində əsasən Eldar şamı, sərv, kəndlərdə isə meyvə ağacları, xüsusilə nar və baramaçılığın inkişafına təkan verən çəkil (tut) tingləri əkiləcək.

İcra başçısının müavini əlavə edib ki, çəkil tinglərinin əkilməsi qarşıdakı illərdə rayonda barama istehsalı üçün daha əlverişli şəraitin yaranmasına imkan verəcək.

Qeyd edək ki, noyabrın sonunda Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü həyata keçiriləcək. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək. Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olacaq. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, əncir, qovaq, şaftalı, gavalı, alma, cökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti