...

Zəhərlənən tələbə qızların vəziyyəti ağır-stabildir - Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 22 Noyabr 2019 09:32 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən qızların vəziyyəti ağır-stabil qiymətləndirilir.
Zəhərlənən tələbə qızların vəziyyəti ağır-stabildir - Səhiyyə Nazirliyi

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbə qızların vəziyyəti ağır-stabil qiymətləndirilir.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuş Həmidə İbadova və Dürrubə Quliyevanın müalicəsi Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Onların müalicələri stasionar şəraitdə davam etdirilir.

Qızların zəhərlənmə səbəbləri hələlik dəqiq müəyyən edilməyib.

Xatırladaq ki, hadisə zamanı bir nəfərin ölməsi, iki nəfərin isə zəhərlənməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti