...

Respublika müəllimləri arasında ilk dəfə keçiriləcək İxtisas Olimpiadasına qəbuluna start verildi

Cəmiyyət Materials 29 Noyabr 2019 11:10 (UTC +04:00)
Təhsildə Araşdırma və İnkişaf Mərkəzinintəşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, YAP Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və “LİBRA” kitab evinin baş sponsorluğu ilə respublikada ilk dəfə keçiriləcək “Müəllimlər arasında İxtisas Olimpidasına” start verilir.
Respublika müəllimləri arasında ilk dəfə keçiriləcək İxtisas Olimpiadasına qəbuluna start verildi

Bakı. Trend:

Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, YAP Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və “LİBRA” kitab evinin baş sponsorluğu ilə respublikada ilk dəfə keçiriləcək “Müəllimlər arasında İxtisas Olimpidasına” start verilir.

Pedaqoji ixtisas üzrə təhsil alan III və IV kurs tələbələri, hazırda daimi və müqavilə əsasında işləyən müəllimlər, pedaoji ixtisası olub işləməyən bütün şəxslər burada iştirak edə bilər. Olimpiadanın məqsədi bu yöndə təhsil alan III və IV kurs tələbələri, hazırda fəaliyyət göstərən 29 yaşadək işləyən müəllimlərin stimullaşdırılması, onların gələcək nəsillərə ötürüləcək ali peşəyə olan marağının daha da yüksəldilməsi, gənclərin asudə vaxtının intellekt yönündə yüksəltməsinə, sağlam gəncliyə dəstək olmaqdır.

Olimpiada iki mərhələdə keçiriləcək. Respublikamızı əhatə edəcək layihədə müəllimlər Bakıda 3, Sumqayıtda 1, Lənkəran və Gəncə şəhərlərində 1 olimpiada məntəqəsində öz biliklərini sınayacaqlar. 9 ixtisas üzrə keçiriləcək olimpiadada 500 nəfərə qədər şəxs final mərhələsinə vəsiqə qazanacaq. Sonuncu turdan sonra qaliblərə BAKU ELEKTRONİKS-dən qiymətli hədiyələr, ACER-dən noteboklar, ən yüksək nəticə göstərən şəxsə ES TRAVEL-dən səyahət biletləri, TAİM-dən təhsil güzəştləri, "İydə" parfurmeriyadan brend ətirlər, Saat Store-dan brend saatlar, nəşriyyatlarımızdan qiymətli kitablar, Nizami Kino Mərkəzindən 30 nəfərə baxımlı filmlərə biletlər, Boranı restoranlar şəbəkəsindən 20 nəfərə şam yeməyi hədiyyə olunacaq. Digər sponsorlardan isə endirim kuponları və qiymətli hədiyyələr qazanacaqlar.

Layihədən iştirak üçün https://taim.az/olimpiada bölməsində qeydiyyat formunu dolduraraq qeydiyyatdan keçə bilərlər.

SƏNDƏ İXTİSAS OLİMPİADASINA QOŞUL, BİLİYİNİ HAMIYA SÜBÜT ET!!!

Ətraflı məlumat üçün:

+994774970081
+994518618346
+994553338353

[email protected]

Nərimanov metrosunun yanı, Əhməd Rəcəbli 4/6

Məqalədə:
Xəbər lenti

Xəbər lenti