Dr. Səidə Kərimova “Həkim məsləhəti” rubrikasında izləyicilərin suallarını cavablandırıb

Dr. Səidə Kərimova “Həkim məsləhəti” rubrikasında izləyicilərin suallarını cavablandırıb

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Dr. Səidə Kərimova “Həkim məsləhəti” rubrikasında bel ağrıları və bu ağrıların səbəbləri barədə izləyicilərin suallarını cavablandırıb. Həkimin tövsiyələrini nəzərinizə çatdırırıq.
Belimiz nədən ağrıya bilər?

Demək olar ki, hamımız bel ağrısının nə olduğunu bilirik; ya özümüz rastlaşmışıq, ya da dost-tanışlarda bu problem olub. Rəsmi statistikaya görə əhalinin 80%-i bu ağrılı vəziyyətdən əziyyət cəkir, ya da həyatda heç olmasa bir dəfə əziyyət çəkib. Qadınlarda və kişilərdə təxminən eyni tezliklə rast gəlinir. Bel ağrısının intensivliyi uzunmüddətli sızıltıdan çox kəskin və hərəkəti tam məhdudlaşdıran simptoma qədər dəyişə bilər.

Bel ağrısı qəflətən başlaya bilər (misal üçün, ağır bir əşya qaldırandan sonra), ya da zamanla bel strukturunda dəyışikliyə görə tədricən başlayır. Ən çox hallarda bel ağrısı kəskin başlanğıcla müşahidə olunur və bir neçə gün ya bir neçə həftə çəkir. Xroniki ağrılar 12 həftədən cox çəkir. Təxminən 20% hallarda kəskin ağrısı olan pasiyentlər sonra xroniki ağrı sindromu ilə qarşılaşır.

Bel ağrıları əksər hallarda mexaniki səbəblərə görə başlayır, yəni onurğanın strukturların (fəqərələr, disklər, əzələ və bağlar) normal yerləşməsi, struktur və hərəkətinin pozulması nəticəsində baş verir.

Bel strukturları hansılardır?

Onurğanın bel hissəsində 5 fəqərə var (L1_L5) və onlar yuxarı gövdənin ağırlığını daşıyır. Fəqərəarası məsafələrdə yumru yastıqçalar var – bunlar fəqərəarası disklərdir. Bu disklər fəqərələrə düşən ağırlığı və hərəkət zamanı dinamik yüklənməni öz üzərinə götürür. Diskin quruluşu haqqında biz fəqərəarası disk yırtıqları mövzusunda daha ətraflı danışarıq. Bağlar və vətərlər fəqərələri fiksasiya edir və əzələləri onurğaya birləşdirir. 31 sinir cütu onurğadan çıxır və bədənin hərəkətlərini kontrol edib bədəndən siqnalları beyinə otürür.
Bel ağrılarının səbəbləri

Aşağıdakılar bel ağrılarının tez-tez rast gəlinən səbəbləridir. Hər biri ayrı bir patologiya olduğuna görə burada sadəcə qısa bir məlumat verəcəyik.

• Onurğa əzələsinin və bağların dartılması - bu tip kəskin ağrılar əzələ və bağların həddən artıq gərilməsi və zədələnməsi ilə bağlıdır. Çox vaxt narahat, ağır və texniki düz olmayan hərəkətdən sonra əmələ gəlir. Bu tip hərəkətlər bel əzələlərində ağrılı spazm da yarada bilər. Bel əzələləri ilə bağlı ağrılar ayrı sindrom kimi də çıxış edə bilər (m. Psoas sindromu və s.)

• Spondilyoz və fəqərəarası disklərin degenerasiyası. Ən cox rast gəlinən səbəblərdən biridir. Bu proses onurğa sütünunun elementlərinin normal strukturu dəyişəndə baş verir. Daha çox yaşlanma prosesi ilə əlaqədar olur.

• Disk yırtıqları və protruziyalar. Çox geniş yayılmış problemdir və növbəti postumuzun mövzusudur.

• Radikulopatiya - bu vəziyyət sinir kökünün sıxılması, zədələnməsi və iltihablaşması nəticəsində baş verir. Sinir sıxılanda ağrı, keyləşmə və digər simptomlar sinir innervasiya sahəsində müşahidə oluna bilər. Radikulopatiya ən çox spinal stenoz və disk yırtığı zamanı sinir sıxılmasında baş verir.

• İşiaz - oturaq sinirin iltihablaşmasıdır. Bu sinir bədənin ən iri və uzun siniridir. Bel nahiyəsində bir neçə sinirin birləşməsindən əmələ gələn bu sinir ayaq pəncəsinə qədər uzanır. İşiazda müxtəlif ağrilar ola bilər, beldən başlayıb ayağın barmaqlarına qədər irradiasiya verə bilər. Kəskin, yandırıcı, “cərəyan vuran” kimi, ya da yorucu sızıltı şəklində ağrılar olur.

• Piriformis sindrom - oturaq sinirinin piriformis əzələsinin altında sıxılması, ya da qıcıqlanması nəticəsində baş verən ağrılı bir sindromdur. İşiazın təxminən 5%-i bu sindromla bağlı olur. Travmalar və uzunmüddətli oturaq rejimi bu sindromun yaranmasının əsas səbəblərindəndir.

• Spondilolistezis - bu hallarda fəqərələr normal pozisiyasından “sürüşür” və onurğa beyini və sinirlərini sıxa bilər.

• Spinal stenoz- onurğa kanalının daralması nəticəsində baş verir və sinirlərin sıxılması ilə müşahidə olunur. Bu vəziyyətdə hərəkət zamanı ayaqlarda keyləşmə və ağrı olur. Stenoz artdıqca ayaqlarda zəiflik, hissiyyat və hərəkət pozulması baş verə bilər.

• Onurğa deformasiyaları - skolioz (bel əyriliyi), lordoz və digərlər. Onurğa deformasiyalarında əzələlər həddən artıq və assimetrik yüklənir, bu da öz növbəsində ağrılara yol aça bilər.

Bəzən bel ağrısı daha ciddi xəstəliklərlə bağlı olur. Onların arasında infeksion proseslər, törəmələr, abdomen və çanaq orqanlarında patologiyaları və s. qeyd etmək olar. Buna görə də, bel ağrılarından əziyyət çəkənlər vaxtında müayinədən və müalicədən keçməlidir.

Bir sıra xəstəliklərdə də tez -tez bel ağrısına rast gəlmək olar:

• Oynaqların iltihabi xəstəlikləri, osteoartrit, revmatoid artrit, spondilit və s.

• Osteoporoz - sümük möhkəmliyinin azalması, bu xəstəlik eyni zamanda fəqərələrin və digər sümüklərin sınıqlarına səbəb ola bilər.

• Fibromialgiya - xroniki yayılmış ağrı sindromu, əzələlərdə ağrı və zəifliklə müşahidə olunur.

Biz bel ağrılarının tez-tez rast gəlinən səbəblərini qısa olaraq qeyd etdik. Növbəti postumuzda bel ağrılarının yaranmasında risk faktorlarından və fəqərəarası disk yirtiqları və protruziyadan danişacağıq. Bizimlə qalın!

Azərbaycanda qaz hasilatı artıb
Azərbaycanda qaz hasilatı artıb
Bu il 290 kilometr qaz xətti təmir olunub (FOTO)
Bu il 290 kilometr qaz xətti təmir olunub (FOTO)
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Loading Bars
Xəbər lenti
Sahibə Qafarovanın Sergey Lavrovla görüşü başlayıb
Unibankdan biznesinizə daha bir dəstək: Onlayn əməkhaqqı layihəsi!
Ermənistanda koronavirusdan ölənlərin sayı 942 nəfərə çatıb
Bakıda havaya və evin pəncərəsinə atəş açan şəxs saxlanılıb
Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzidir (FOTO)
UNEC ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında Memorandum imzalanıb
Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi (FOTO)
Tarixçi: Ermənilər Azərbaycanın qədim alban və xristian abidələrini məhv edirlər
Naqif Həmzəyev partiya fəalları ilə görüşüb (FOTO)
Gələn ay əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanacaq
Zədələnmiş ön çarpaz bağının bərpası mütləqdirmi?
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik
Bakı Slavyan Universitetində növbəti elektron modullar istifadəyə verilib
Tovuzda 1 şəhər və 4 kəndi əhatə edən yolların yenidən qurulması yekunlaşır (FOTO)
Gürcüstandan Azərbaycana külli miqdarda siqaret keçirənlər saxlanıldı
Komitə xaricdə yaşayan azərbaycanlılara müraciət edib
İsveçrədə futbolçuları ildırım vurub
Milli Məclisin sədri: Ümid edirik ki, Rusiya münaqişənin həlli üçün əlindən gələni əsirgəməyəcək
Peşə təhsili ilə bağlı Apellyasiya Komissiyası yaradılıb
Azərbaycanla Ukrayna arasında uçuşlara bilet satışı başlayıb
Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb
Kolleclərə qəbul olmaq istəyənlər üçün keçid balları açıqlandı
Spiker: Suriya və Livan qaçqınlarının Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması narahatlıq doğurur
Bakıda "Qalaaltı" kafesində qətl törədən şəxsin işi məhkəməyə göndərildi
Sahibə Qafarova: "Kim faşizm uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür” ifadəsi çox təhlükəlidir (YENİLƏNİB) (FOTO)
Bakıda fəhlə evin üstündən yıxılıb öldü
Bacısını öldürən şəxs barədə həbs qərarı verildi
Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür
Qubada atasını xüsusi amansızlıqla öldürən yeniyetmənin məhkəməsi başlayır
Sabunçuda qazanxana yanıb
Milli Parkda elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanılıb
Yeni Peşə Təhsil Mərkəzi gələcəkdə iş probleminizi həll edəcək
Sumqayıtın bəzi yerləri susuz qalacaq
Eko-Radar bölməsinə daxil olan şikayət araşdırılıb
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Sentyabrın 23-də xarici valyutaların manata qarşı məzənnələri
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
ÜST: Uşaqlarda koronavirusa yoluxma göstəricisi ümumi yoluxmanın 8.5 %-ni təşkil edir
Qazaxıstanda koronavirusa yoluxanların sayı 107 450 nəfərə çatıb
Qazaxıstanlı politoloq: Bakı mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu Qafqaz üçün vacib təşəbbüsdür
Şabranda e.ə. IV minilliyə aid olan yeni tapıntılar aşkarlanıb (FOTO)
Bakıda ikimərtəbəli binada yanğın olub
Braziliyada bir gündə koronavirusa 33 mindən çox insan yoluxub
Azərbaycanın Rusiyadakı Səfirliyi Dağıstanda saxlanılan vətəndaşlarımızın hüquqlarının qorunması üçün bütün mümkün addımları atır
Volodin Moskvada Sahibə Qafarova ilə danışıqlar aparacaq
Yaponiya oktyabr ayında xaricilər üçün ölkəyə girişi qismən açmaq niyyətindədir
ABŞ vitse-prezidentinin təyyarəsi quşla toqquşmadan sonra hava limanına dönüb
İsraildə koronavirusa yoluxanların sayı 200 minə çatır
ABŞ Senatının Komitəsi Deytonun Ukrayndakı səfir vəzifəsinə namizədliyini təsdiqlədi
Moskvanın hava limanlarında 33 aviareys ləğv edilib və ya təxirə salınıb
Moskvada koronavirusdan daha 16 nəfər ölüb
Şəmkirdə 2 ədəd top mərmisi aşkarlanıb (FOTO)
"Zoom"un işində qüsurlar yaranıb
Ərdoğan koronavirusa qarşı peyvəndin hazırlanmasındakı rəqabətdən imtina etməyə çağırdı
Ermənistan hərbi əməliyyatlara başlasa, nəticə necə olacaq? - Rusiyalı siyasi texnoloqun proqnozu
ABŞ-da koronavirusdan ölənlərin sayı 200 min nəfəri ötdü
Keçmiş səfir: Azərbaycan Qoşulmama Hərəkatının işğalçılıqla mübarizəsini yerinə yetirir
Ekspert: Məktəblərdə yoluxma statistikası artarsa, qabaqlayıcı tədbirlər görülməlidir
BMT üçün Azərbaycan önəmli ölkələrdən biridir – “Hədəf”də TƏHLİL
Təhsil Nazirliyi: Bu gün 10 şagirddə koronavirus aşkarlanıb
Türkiyədə koronavirusdan sağalanların sayı 270 min nəfərə çatır
Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib
Xəzər dənizindən keçən yeni nəqliyyat dəhlizləri “Orta Dəhliz”in rolunu gücləndirir
Mingəçevir Dövlət Universitetində yeni tədris ilində görüləcək işlər müzakirə olunub
Paşinyanın növbəti mifi - TƏHLİL
“Airbus” sıfır karbon tullantılı təyyarə prototiplərini təqdim edib
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
Bakıda "Opel" markalı avtomobil yanıb
Baytarlıq sahəsində orqanların səlahiyyətlərində dəqiqləşdirmələr aparılıb
Sosial müdafiə və məşğulluq sahələrində Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə layihələr davam edəcək
Nazirlər Kabineti: Dövlət təhsil müəssisələrinə fəaliyyət göstərmələri üçün lisenziya tələb olunmur
Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı Səfiri ilə görüşüb (FOTO)
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb - FƏRMAN
Xaricdə yaşayan azərbaycanlıların Avropanın media orqanlarına çıxış imkanları müzakirə olunub
Valentina Matviyenko: Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır (FOTO)
Energetika Nazirliyinin səlahiyyəti artırıldı - SƏRƏNCAM
AMEA-da orfoepiya lüğətinin hazırlanması üçün işçi qrup yaradılıb
Balaxanı Sənaye Parkında 8 rezident fəaliyyətə başlayacaq (FOTO)
Gənclər Azərbaycanda süni intellektin tətbiqinə kömək edirlər
Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə ən böyük əngəldir
Pediatriya İnstitutunda tibbi aksiya keçiriləcək
Vətəndaşsızlıq hallarını aradan qaldırmaq məqsədilə İşçi qrupu fəaliyyətə başlayıb (FOTO)
Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb (FOTO)
Gədəbəydə GİKM-in növbəti nümayəndəliyi açılıb (FOTO)
Karantin rejimini pozan koronavirus xəstəsinə 3 ay həbs verildi
Musa Quliyev: Hazırda ölkəmizdə koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır
Mehmanxanaların ictimai iaşə sahələrində xidmətin təşkili ilə bağlı sahibkarlara müraciət edildi (FOTO)
Bakıda və Neftçlada özəl tibb mərkəzinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
Tamam Cəfərova: Prezident İlham Əliyev dünya birliyinə çağırış etdi
“Azərkosmos” qlobal media yayım şirkəti ilə əməkdaşlığa başladı
Sentyabrın 23-də manatın dollara qarşı məzənnəsi
Təhsil Nazirliyi "Virtual məkəb"lə bağlı maarifləndirici məlumatlar təqdim edib (VİDEO)
Niderlandın Azərbaycandakı yeni səfiri Bakıya gəlib
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib
Məhkəmə XİN-in sabiq idarə rəisi barəsində qərar verdi (ƏLAVƏ OLUNUB)
Bakıda 394 obyekt karantin qaydalarını pozub - RƏSMİ
DTX vətəndaşlara müraciət etdi (VİDEO)
Pandemiya sınağı FOTOLARDA
Livanlı vəkil: Dünya ictimaiyyəti işğal olunmuş Qarabağda erməni terrorunu dayandırmalıdır
Azərbaycan məhsulları “Worldfood Moscow 2020” beynəlxalq sərgisində (FOTO)
Bütün xəbərlər