...

3D idman hərəkətləri, xüsusi tənəffüs texnikası ilə skoliozu müalicə üsulu

Cəmiyyət Materials 18 Dekabr 2019 10:10 (UTC +04:00)
Fizioterapevt-reabilitoloq Dr. Səidə Kərimova daim öz üzərində çalışır
3D idman hərəkətləri, xüsusi tənəffüs texnikası ilə skoliozu müalicə üsulu

Trend-i buradan izləyin

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə bilik və bacarığına görə, xəstələrə qayğı ilə yanaşmasına, mehribanlığına görə pasiyentlər arasında böyük hörmət və rəğbət qazanmış fizioterapevt-reabilitoloq Dr. Səidə Kərimovanı təqdim edirik.

Trend-in məlumatına görə, Dr.Səidə Kərimova pasiyentlərdə vertebroloji, nevroloji reabilitasiyanı, ortopedik və neyrocərrahiyyə əməliyyatlardan sonra tibbi bərpa, ağrı sindromları, idman travmaları, pediatrik reabilitasiya və digər dayaq hərəkət, sinir, tənəffüs sisteminin xroniki və kəskin patologiyalarının muasir fizioterapevtik müalicəsini və reabilitasiyasını həyata keçirir.

Son vaxtlar Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsi geniş istifadə olunur və Azərbaycanda bu müalicə üsulu ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında tətbiq olunur. Səidə Kərimova skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsində 3D idman hərəkətlərindən, xüsusi tənəffüs texnikasından istifadə edərək istənilən yaşda olan pasiyentlərdə skoliozun dərəcəsinin azaldılmasını, normal duruşun bərpasını və yeni metodla müalicəsini həyata keçirir.

Qeyd edək ki, 2011-ci ildə Almaniyanın Hamburq şəhərində Eppendorf Universitetinin Klinikasında treninq keçmiş Dr.Səidə Kərimova əmək fəaliyyətinə 2009-2016-ci illərdə özəl tibb müəssisələrində fizioterapevt-reabilitoloq kimi başlamış və 2016-cı ildən isə Mərkəzi Gömrük Hospitalında fizioterapevt-reabilitoloq vəzifəsində çalışır.

Dr.Səidə Kərimova 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil almış, 2007-2008-ci illərdə Milli Oftalmologiya Mərkəzində internatura keçmişdir. 2012-2016-cı illərdə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda fizioterapiya və reabilitasiya üzrə rezidentura proqramını bitirmişdir.

Fizioterapevt-reabilitoloq Dr. Səidə Kərimova da daim öz üzərində çalışır, tibb elminin yeniliklərini, müasir texnologiyaları, qabaqcıl beynəlxalq təcrübəni mənimsəyərək xəstəliklərin müayinə və müalicəsində ən yeni üsullardan istifadə edir. Dünyanın bir sıra ölkələrində: Almaniya, İspaniya və Avstriyada təlimlər, seminarlarda iştirak edir.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/seide-kerimova/. Dr.Səidə Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti