...

FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə müraciət edib (VİDEO)

Cəmiyyət Materials 25 Dekabr 2019 12:36 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə müraciət edib (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən Trend-ə bildirilib ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

- Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

- İşıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

- Ağac tezalışan oyuncaqla bəzədilməməli;

- Qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

Bayram şənliyində bunlar nəzərə alınmalıdır:

- Şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

- Şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

- Pəncərədə dəmir barmaqlıq olmamalı;

- Məkanın iki çıxışı olmalı;

- Ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

- Otağın qapıları mütləq bayıra açılmalı;

- Məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

- Şənlikdə işıq tam söndürülməməli;

- Şənliyə tezalışan materialdan paltar geyinilməməli;

- Məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Nazirlik təhlükə zamanı 112-yə zəng etməyi xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti