...

Biləsuvar gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər (FOTO)

Cəmiyyət Materials 24 Yanvar 2020 11:52 (UTC +04:00)
Biləsuvar gəncləri ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar
Biləsuvar gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər (FOTO)

Bakı. Trend:

Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsü Biləsuvar gəncləri tərəfindən davam etdirilib.

Trend-in məlumatına əsasən, Gənclər rayon ərazisində yaşayan qayğıya ehtiyacı olan növbəti sakinin evinə baş çəkiblər.

Təmizlik işləri aparan, ev, həyət və bağda səliqə-sahman yaradan gənclər ev sakinləri ilə çay süfrəsi ətrafında səmimi söhbətlər edib və bu əsnada ev sahibi öz həyat hekayəsini gənclərlə paylaşıblar.

Biləsuvar gəncləri ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti