...

Buraxılış imtahanlarının vaxtı bəlli oldu

Cəmiyyət Materials 5 Fevral 2020 13:06 (UTC +04:00)
Ümumi təhsil müəssisələrinin ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının vaxtı bəlli olub.
Buraxılış imtahanlarının vaxtı  bəlli oldu

Bakı. İlhamə İsabalayeva - Trend:

Ümumi təhsil müəssisələrinin ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının vaxtı bəlli olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, ümumi orta (IX) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının ilk mərhələsi 1, 9 və 15 mart, II mərhələsi isə 7, 14 və 21 iyun tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq.

Tam orta təhsil (XI) səviyyəsi üzrə buraxılış imtahanları isə 5, 12 və 19 aprel tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti