...

Bakının mərkəzində hərəkət dəyişdirildi (FOTO)

Cəmiyyət Materials 13 Fevral 2020 14:50 (UTC +04:00)
Paytaxtın Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib
Bakının mərkəzində hərəkət dəyişdirildi (FOTO)

Bakı. Samir Əli - Trend:

Paytaxtın Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumatda bildirilir ki, bununla əlaqədar, kəsişmədə işıqfor obyekti işə salınıb.

Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmasına səbəb olacaq.

Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün yeni piyada keçidləri təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti