...

Məktəblilər arasında ingilis dili olimpiadası keçiriləcək - qalib Böyük Britaniyaya yollanacaq

Cəmiyyət Materials 19 Fevral 2020 11:30 (UTC +04:00)
Ümumi təhsil məktəblərinin IX və X sinif şagirdləri arasında V İngilis dili olimpiadası keçiriləcək.
Məktəblilər arasında ingilis dili olimpiadası keçiriləcək - qalib Böyük Britaniyaya yollanacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Ümumi təhsil məktəblərinin IX və X sinif şagirdləri arasında V İngilis dili olimpiadası keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, olimpiadanın əsas məqsədi şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq, onların müvafiq bilik və bacarıqlarını sınaqdan keçirmək, eləcə də akademik ingilis dili biliklərinə yiyələnmələrinə kömək etməkdir.

Olimpiadanın aprelin 19-da keçiriləcək ilk turunda şagirdlər ingilis dilinin qrammatikası və oxu qabiliyyəti üzrə 50 sualı cavablandıracaqlar. İlk mərhələni uğurla keçən şagirdlərin II mərhələdə ingilis dilində dinləmə və yazı bacarıqları yoxlanılacaq.

Olimpiadada iştirak etmək istəyən məktəblilər martın 31-dək www.olympiad.ada.edu.az saytında qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən ilk 1500 şagirdin olimpiadada iştirakı təmin ediləcək.

Qaliblər ADA Universiteti və tərəfdaş qurumların nümayəndələrindən ibarət komitə tərəfindən seçiləcək.

Qeyd edək ki, olimpiadada I yerin qalibi ADA Universiteti və Bakı Təhsil və İnformasiya Mərkəzinin maliyyə dəstəyi ilə Böyük Britaniyada keçiriləcək bir həftəlik “Qlobal gənc liderlər proqramı”nda iştirak imkanı qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti