Bakı. Elçin Mehdiyev - Trend:
"Bəziləri deyir ki, Mərkəzi Seçki Komissiyasında "gestapo" rejimidir, Məzahir Pənahovun yanında Stalin toya getməlidir. Amma bunun heç bir əsası yoxdur".
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
MSK sədrinin sözlərinə görə, bu kimi fikirlər heç də doğru deyil: “Komissiyanın iclasları açıq keçirilir. MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar. Həmçinin bizim işçilərlə də münasibətlərimiz çox səmimidir”.