Xocalıda 8 gün əsirlikdə qalan qadın: Karen adlı erməni bədənimə su töküb nazik zəncirlə döyürdü

Xocalıda 8 gün əsirlikdə qalan qadın: Karen adlı erməni bədənimə su töküb nazik zəncirlə döyürdü

Bakı. Samir Əli – Trend:

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Həmin gecə ermənilər tərəfindən Xocalıda girov götürülən Dürdanə Ağayeva Trend-ə xocalıların başına gətirilən dəhşətlərdən danışıb. Dürdanə xanım Xocalının fədakar və sonadək iş başında olan rabitəçilərindən olub. O deyir ki, ilk dəfə ermənilər Xocalıya 1988-ci il sentyabrın 18-də silahlı hücum etdilər:

"Həmin vaxt Xocalıda toy məclisi var idi. Ermənilər xocalıların başının toya qarışdığını zənn edib şəhərə silahlı hücum etdilər. Xocalı kişiləri onda ermənilərin layiqli cavabını verdi və onlar geri çəkildilər. Həmin vaxtdan Xocalı mühasirədə saxlanılırdı. O gündən bizim faciələrimiz başladı. 4 il blokadada yaşadıq. Amma xocalılar torpağı qoyub qaçmadı. Xocalıda kişilər ailələrini şəhərdən çıxarmaq istədilər, amma heç bir qadın həyat yoldaşını, qardaşını orda qoyub qaçmadı. Qadınlar sona qədər şəhərdə ailələrinə dəstək oldu”.

D.Ağayeva deyir ki, 1992-ci il fevralın 25-də gecə Xocalının işıqları söndürülür:

“O vaxt mənim 20 yaşım var idi. Xocalıda rabitəçi işləyirdim. Gecə Xocalı qəfil atəşə tutuldu. Bildirdilər ki, artıq Xocalı aeroportu ermənilər tərəfindən alınıb. Şəhər birdən-birə atəşə tutuldu, evdən çölə çıxmaq mümkün deyildi. Biz sürünə-sürünə küçələrə axışdıq. Güllələr sel kimi yağırdı. Ayaqüstə duran adamı vururdular. Sürünə-sürünə Xocalıda körpünün altına gəldik, hamı orada idi. Oradan biz meşə ilə Ağdama tərəf getmək istədik. Meşədə qarın içində ağaclardan tuta-tuta yeriyirdik. Qoca, cavan, uşaq, bütün xocalılar meşə ilə dağı aşmağa çalışdıq. Qadın gördüm, körpə balasını boğub öldürdü ki, ermənilər səs eşidib gəlməsin. Meşədə kol-kosdan və qardan yerimək mümkün deyildi. Kiminin ayağını don vurdu, kiminin əlini. Uşaq yemək istəyirdi, ana yerdən qarı götürüb yemək adı ilə uşağa verirdi”.

Faciə şahidi deyir ki, zorla meşəlikdən dağı Ağdam rayonu tərəfə aşmaq istəyəndə qarşılarını əli avtomatlı ermənilər kəsib:

“Heç kimə baxmadan, qoca, uşaq, qadın bilmədən hamını gülləbaran elədilər. Mən ayağımdan yaralandım və huşumu itirdim. Ayılanda gördüklərimdən dəhşətə gəldim. Hər yer qan, hər tərəfim meyit idi. Yanımda bir hamilə qadın uzanmışdı, zarıyırdı. Qadının qarnında körpəsini güllələmişdilər. Bizdən bir-iki metr qarşıdan səs gəldi, əmr verdilər ki, qalxın ayağa. Bizi əllərimiz boynumuzun arxasında sıraya düzüb qadınları ayrı, kişiləri ayrı apardılar. Qadınları Əsgəran rayon Polis Şöbəsinə gətirdilər. Polis şöbəsinin qarşısında erməni qadınlar bizi daşlamağa, təhqir etməyə başladılar. Sonra bizi polis şöbəsinin zirzəmisinə saldılar. Qardaşım da mənimlə girov götürülmüşdü, onu məndən ayırdılar. Zirzəmidə 50-yə yaxın qadın, uşaq var idi. Qadınları təhqir edir, işgəncələr verirdilər. Bir gecə qız və qadınlara orada işgəncə verdilər".

Dürdanə Ağayeva bildirir ki, fevralın 27-də gecə qadınları benzin yanacağı ilə dəyişdilər:

"Onların yanacağı yox idi. Mən isə qapının arxasında gizləndim, qızlarla çıxmadım. Çünki anam yolda ölmüşdü, qardaşlarımdan xəbərim yox idi. Mən Azərbaycan tərəfə keçə bilməzdim. Qızları təhvil verəndən sonra məni tapdılar və qara günlərim də ondan sonra başladı. 8 gün mənə olmazın işgəncələr verdilər, buz kimi yerdə saxladılar. Karen adlı erməni bədənimə su töküb nazik zəncirlə döyürdü. Karen palçıqlı ayaqqabısını ağzıma sürtüb mənə torpaq yedirtmək istəyirdi. Mənə çox dedilər ki, denən Qarabağ ermənilərindi, səni buraxacağıq, amma mən heç nə demədim və buna görə də 8 gün dəhşətli işgəncələrə məruz qaldım. Hər gün məni bir neçə dəfə döyürdülər, tələb edirdilər ki, Qarabağın ermənilərə məxsus olduğunu deyim”.

Şahid qeyd edir ki, 8 gündən sonra mərhum Milli Qəhrəman Allahverdi Bağırovun köməyi ilə girovluqdan azad edilib:

“Əsirlikdə qadının gözü qarşısında iki oğlunun başını kəsdilər, 15 yaşlı bir oğlanın başını kəsib öldürdülər. Hamilə qadını körpəsi qarnında öldürdülər, qadının həyat yoldaşı havalandı. Tarixdə bu cür vəhşilik olmamışdı. Ermənilər bu cür vəhşilik törədiblər bizə qarşı. Gənc nəsil bu vəhşilikləri unutmamalıdır”.

Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi.

Son illərdə saxta əlillik təyinatının ləğvi nəticəsində əhəmiyyətli miqdarda dövlət vəsaitinə qənət olunub - Deputat
Son illərdə saxta əlillik təyinatının ləğvi nəticəsində əhəmiyyətli miqdarda dövlət vəsaitinə qənət olunub - Deputat
Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir
Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir
Qaxda yol polisi reyd keçirib (FOTO)
Qaxda yol polisi reyd keçirib (FOTO)
Loading Bars
Xəbər lenti
Azərbaycanda 2 192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Xəzər rayonunda ümümrayon iməcliyi və dezinfeksiya işləri aparılıb (FOTO)
Media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq - Hikmət Hacıyev
Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkı salınacaq
Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır - Prezidentin köməkçisi (VİDEO)
Kür çayında batan bacı-qardaşlardan birinin meyiti tapılıb
Son illərdə saxta əlillik təyinatının ləğvi nəticəsində əhəmiyyətli miqdarda dövlət vəsaitinə qənət olunub - Deputat
Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir
Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır
Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət AÇIQLANIB (FOTO)
“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb
Səudiyyə Ərəbistanında 3 hərbçi edam olunub
Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük - Fahrettin Altun
Azərbaycanın qələbəsi həm də türk dünyasının qələbəsidir - Hikmət Hacıyev
Qaxda yol polisi reyd keçirib (FOTO)
Türk dövlətlərinə qarşı saxta informasiya kampaniyaları aparılır - Prezidentin köməkçisi
MDU-da növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Azərbaycan türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün lazımi işləri görür - Hikmət Hacıyev
Türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yol xəritəsi hazırlanır
Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq - Bağdad Amreyev
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilib - (FOTO/VİDEO)
“Əsas Məsələ”də Prezident İlham Əliyevin həftə ərzində keçiridyi yüksək səviyyəli görüşlər müzakirə olunub (VİDEO)
Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir
İranda ötən sutka 193 nəfər koronavirusdan ölüb
"Buta Airways" Rusiyanın "Jukovski" şəhərinə uçuşlar həyata keçirəcək
Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır
MUSİAD nümayəndə heyəti Qubada səfərdə olub (FOTO)
Atletimiz Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanıb (FOTO)
Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb (FOTO)
Bakıda məşhur restoranlarda nöqsanlar aşkarlanıb (SİYAHI)
Könül Nurullayeva sakinlərin müraciətləri ilə maraqlanıb (FOTO)
Deputat Pərvin Kərimzadə seçiciləri ilə növbəti görüş keçirib (FOTO)
Zabrat Hava Limanı ərazisində təlim keçirilib (FOTO)
Finlandiya sprey formasında koronavirus vaksini hazırlayır
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi başlandı
Sabah rayonlara dolu düşəcək
“Fitch” SOCAR-ın uzunmüddətli reytinqini «BB +» səviyyəsində təsdiqləyib (ƏLAVƏ OLUNUB)
Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım, ikisi də mənim Vətənimdir - Erkan Özoral
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib
Prezident İlham Əliyev: Türkiyənin Azərbaycana göstərdiyi dəstək həmişə bizim qəlbimizdə yaşayacaqdır
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir
Bibiheybətdə gəmidə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Şəhid ailəsi və qazilərə dəstək üçün bu günə kimi 18 milyona yaxın pul xərclənib
Ötən gün 47 yanğın olub, 1 nəfərin meyiti aşkarlanıb (VİDEO)
Kanada XİN-dən "Dostluq" yatağı ilə bağlı açıqlama
Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində insan amili dayanır - Tamam Cəfərova
Yunanıstan-Bolqarıstan interkonnektorunun işə salınması ilə TAP-ın Avropa üçün əhəmiyyəti artacaq
Bərdədə toy məclisi aşkarlandı, 19 nəfər cərimələndi
Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
Polis Bakıda əməliyyat keçirdi, narkobaronlardan 64 kiloqram narkotik vasitə götürüldü (FOTO/VİDEO)
Bakıda həyətdə toy məclisində 28 nəfər məsuliyyətə cəlb olundu (VİDEO)
Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilib
Çində üçüncü koronavirus vaksininin sınaqlarına icazə verilib
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib (FOTO)
AZAL Heydər Əliyev Beynəlxalq Aeroportunun təmizlik işlərinin satınalınması ilə bağlı açıq tender elan edir
Ötən gün evini tərk edən 18 koronavirus xəstəsi saxlanıldı
Əfqanıstanda ard-arda partlayışlar olub
Evdə toy məclisi keçirənlər cərimələnib
ABŞ İrana qarşı tətbiq olunan sanksiyaların ləğvindən imtina edib
"COVID-19 pasportu" - Dünya yeni mərhələyə keçir
Zərdabda daş sexi yanıb
Azərbaycanda bu tarixdə ucuz avtomobillər satışa çıxarılacaq
Qırğızıstanda seçkilər və referendumdan qabaq "sükut günü" başlayıb
Çinin "Alibaba" şirkəti 2,78 milyard dollar məbləğində cərimə edilib
Beyrut dəniz limanının yenidən qurulması layihəsinin dəyəri 5 milyard dollar təşkil edəcək
Rusiya aprelin 12-dən Türkiyə ilə uçuşlarını məhdudlaşdıra bilər
Hindistanda xəstəxanada baş verən yanğında 4 nəfər öldü
Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib
Türkiyədə son sutkada koronavirusdan 35 786 nəfər sağalıb
Qrup hərəkətlərində Azərbaycan komandası bədii gimnastika üzrə təşkil olunan onlayn turnirdə gümüş medal qazandı
Gimnastlarımız Misirdə keçirilən yarışlarda ikinci yeri tutublar (FOTO)
Dünyada ötən sutka koronavirusa 718 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azad olunan ərazilərə elektrik verilməsi üçün ərazilər minalardan təmizlənir - Agentlik rəsmisi
İƏT Milli Xəbər Agentlikləri Birliyinin saytında Prezident İlham Əliyevin İƏT-in Baş katibini təltif etməsi barədə material yerləşdirilib
Böyük Britaniyada yeni potensial təhlükəli koronavirus növü aşkar edildi
Amerikalı məşhur reper vəfat edib
Goranboyda ad günü keçirilməsinin qarşısı alınıb
Bakıda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib
Azərbaycanda münbit investisiya muhiti mövcuddur- MUSİAD
“Yaşıl Marafon” çərçivəsində bal verən ağaclar əkildi (FOTO)
Azərbaycanda ödəniş kartları ilə dövriyyə dəfələrlə artıb
Ceyhun Bayramov Türk Şurasının Baş katibi Bağdad Amreyevlə görüşüb (FOTO)
Azərbaycanda koronavirusa ən az yoluxma bu tarixdə qeydə alınıb
Türkiyədə yerli vaksin sınaqlarının ikinci mərhələsi başa çatıb
Prezident İlham Əliyev Ülyahəzrət II Elizabetə və Boris Consona başsağlığı verib
Dünya Bankı Azərbaycanda istehalk bazarının artımını proqnozlaşdırır
Ərdoğan və Putin Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpasını müzakirə ediblər
Sabirabadda bacı-qardaş Kür çayında batıb
Zidan mövsüm sonunda "Real"ı tərk edə bilər
BMT Azərbaycanla əlaqələri daha da dərinləşdirməkdə maraqlıdır - Volkan Bozkır
Mina xəritələrini vermədiyinə görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir - Deputat
Hindistan Səfirliyi Hindistan ədviyyatını təbliğ etmək məqsədilə İnteraktiv Vebinar təşkil etdi (FOTO)
Gözlənilən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib
Ukraynada marixuana leqallaşdırıldı
“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Venesuela ilə sosial sahədə əməkdaşlıq imkanları müzakirə olunub (FOTO)
Milli Məclisin Sədri BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti ilə görüşüb (FOTO)
ADA Universitetinin "Baku Dialogues" jurnalı Kolumbiya Universiteti Nəşriyyatının verilənlər bazasında yer alıb
Bütün xəbərlər