...

Azyaşlılara tütün məmulatları satan şəxslər bu məbləğdə cərimələndi

Cəmiyyət Materials 29 Fevral 2020 13:05 (UTC +04:00)
Məlumata görə, onlara tətbiq edilən cərimələr 137 290 manat təşkil edib.
Azyaşlılara tütün məmulatları satan şəxslər bu məbləğdə cərimələndi

Bakı. Trend:

"2018-2019-cu illər ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilən yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3034, tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satdıqlarına görə 453 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub".

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, onlara tətbiq edilən cərimələr 137 290 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti