Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsi koronavirusa görə xaricdə yaşayan azərbaycanlılara müraciət edib.
Dövlət Komitəsindən Trend-ə daxil olan müraciətdə bildirilib ki, dünyanın əksər ölkələrində yayılmış koronavirus daha diqqətli olmağı, gigiyenik və digər bir sıra tələblərə maksimum şəkildə əməl etməyi zəruri edib:
Dövlət Komitəsi Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və Nazirlər Kabineti yanında Operativ Qərargahla (Qaynar xətt: *994-1542) intensiv əlaqə saxlayır.
Eyni zamanda, koronavirusun yayılması ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsində operativ qabaqlayıcı tədbirlər görülüb. Dövlət Komitəsində Aparat rəhbərinin müavini Adil Hüseynovun rəhbərliyi ilə qərargah yaradılıb (www.diaspora.support, email: [email protected]) və müvafiq maarifləndirmə işləri aparılır.
Soydaşlarımızdan xahiş olunur ki, qeyd edilən mövzuda hər hansı bir problem və ya çətinliklə bağlı Komitənin sosial şəbəkə hesabları, elektron poçt ünvanı, həmçinin digər elektron ünvanlarına müraciət etsinlər. Öz səlahiyyət və imkanları çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi hər bir həmvətənimizə kömək etməyə hazırdır. Həmçinin tövsiyə olunur ki, azərbaycanlılar yaşadıqları ölkələrin hökumətlərinin koronavirusla bağlı qəbul etdiyi qayda və tələblərə ciddi əməl etsinlər. Qeyd edək ki, www.diaspora.support və [email protected] ünvanlarına edilən müraciətlərin çevik və sistemli şəkildə cavablandırılması üçün işlər aparılır”, - deyə müraciətdə qeyd olunub.