...

Baş infeksionist: Koronovirusa qarşı mübarizə məqsədilə təbii və sağlam qidalardan istifadəyə üstünlük verilməlidir

Cəmiyyət Materials 13 Mart 2020 21:27 (UTC +04:00)
Koronovirusa qarşı mübarizə məqsədilə təbii və sağlam qidalardan istifadəyə üstünlük verilməlidir
Baş infeksionist: Koronovirusa qarşı mübarizə məqsədilə təbii və sağlam qidalardan istifadəyə üstünlük verilməlidir

Bakı. Elçin Mehdiyev – Trend:

Vətəndaşlar koronovirusa qarşı mübarizə məqsədilə təbii və sağlam qidalardan istifadəyə üstünlük verməlidir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqdə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

C.İsayev bildirib ki, vətəndaşlarımız insanların kütləvi toplaşdığı yerlərdən kənar durmalıdır.

O qeyd edib ki, açıq və təmiz havada olmaq lazımdır: “Bunlara əməl etsək, immun sistemimiz güclü olar, nəinki koronovirusa qarşı, eləcə də digər infeksiyalara”.

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti