...

ETSN: Çaylarda suyun səviyyəsi azalıb

Cəmiyyət Materials 16 Mart 2020 17:54 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında mövcud vəziyyəti açıqlayıb.
ETSN: Çaylarda suyun səviyyəsi azalıb

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında mövcud vəziyyəti açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 160 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla normanın 80-120 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla normanın 20-60 faizini təşkil edir.

Martın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 123 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 46 faizini təşkil edir. Mövcud vəziyyət 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 175 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir.

Martın 16-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 28 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 30 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 46 m3/s təşkil etməklə ongünlük normanın 49 faizini təşkil edir.

Martın 16-da Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 114 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 80 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 110 m3/s təşkil etməklə ongünlük normanın 77 faizini təşkil edir.

Martın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 sm azalaraq 294 sm təşkil edib. Bu rəqəm 2019-cu il martın 16-da isə 312 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 1 sm artaraq 106 sm qeydə alınıb. 2019-cu il martın 16-da isə bu rəqəm 145 sm təşkil edib. Bankə məntəqəsində suyun səviyyəsi 6 sm artaraq 147 sm təşkil edib. Bu rəqəm 2019-cu il martın 16-da 167 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 18 sm təşkil edib. Bu rəqəm 2019-cu il martın 16-da 18 sm qeydə alınıb. Salyan məntəqəsində isə suyun səviyyəsi dəyişməyərək 29 sm qeydə alınıb, lakin bu rəqəm 2019-cu il martın 16-da isə 73 sm təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti