...

Əflatun Amaşov: İndiyədək ortaya qoyulan davranış onu deməyə əsas verir ki, media bundan sonra da üzərinə düşən missiyanı layiqli şəkildə yerinə yetirəcək

Cəmiyyət Materials 16 Mart 2020 21:54 (UTC +04:00)
Əflatun Amaşov:  İndiyədək ortaya qoyulan davranış onu deməyə əsas verir ki, media bundan sonra da üzərinə düşən missiyanı layiqli şəkildə yerinə yetirəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Koronavirusla bağlı vəziyyətin işıqlandırılması medianın başlıca fəaliyyət mövzusudur. Bu baxımdan media orqanlarımız istər ölkəmizdəki, istərsə də xaricdəki duruma dair çoxsaylı məlumatlar yayırlar. Eyni zamanda kütləvi informasiya vasitələrimizdə mövzu barədə analitik təhlil materiallarına, ekspert rəylərinə, həkim məsləhətlərinə də geniş yer verilməkdədir. Nəzərə çarpan başlıca tendensiya ondan ibarətdir ki, jurnalistlərimiz yanaşmalarında kifayət qədər soyuqqanlıdırlar, peşəkarlığı qoruyub saxlayır, hər hansı təşviş yaradan bilgilər paylaşmırlar. Ümumən onu demək lazımdır ki, mediamız koronavirus təhlükəsinə qarşı ölkə miqyasında aparılan işlərin aktiv təbliğatçısıdır.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Mətbuat Şurasinin (MŞ) sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, bu durumda jurnalistlərin özlərinin də təhlükəsizliyi məsələsi önəmlidir: "Onlar cəmiyyət içərisində çox olurlar. Habelə karantin yerlərinə, potensial risk zonalarına baş çəkirlər. Vacibdir ki, redaksiya rəhbərlikləri bunu nəzərə alsınlar, əməkdaşlarının müvafiq qaydada təlimatlandırsınlar. Biz redaksiyalarla əlaqə saxladıq, mövcud istiqamətdə iş aparıldığı bildirilir. Belə həssas münasibət təqdirəlayiqdir.

Mətbuat Şurası koronavirusla bağlı materialların təqdimatı məsələlərinə dair indiyədək iki dəfə KİV-lərə müraciət ünvanlayıb. Bir daha tövsiyə edirik ki, media orqanlarımız rəsmi məlumatların yayılmasına üstünlük versinlər. Xüsusən də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarına istinad vacibdir. Heç bir halda hanısasa emosiyalara qapılmaq olmaz. Jurnalistlərimiz peşəkarlıqlarını qorumalı, durumu tam obyektiv şəkildə cəmiyyətə çatdırmalıdırlar. İndiyədək ortaya qoyulan davranış onu deməyə əsas verir ki, media bundan sonra da üzərinə düşən missiyanı layiqli şəkildə yerinə yetirəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti