...

Sahil qəsəbəsinin küçələri dezinfeksiya edildi (VİDEO)

Cəmiyyət Materials 23 Mart 2020 11:23 (UTC +04:00)
Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Qaradağ rayonu Sahil qəsəbəsində də dezinfeksiya işləri aparılıb.
Sahil qəsəbəsinin küçələri dezinfeksiya edildi (VİDEO)

Bakı. Afaq Rza - Trend:

Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Bakı şəhərində dezinfeksiya tədbirləri davam etdirilir.

Trend-in məlumatına görə, növbəti dezinfeksiya işləri Qaradağ rayonu Sahil qəsəbəsində aparılıb. Belə ki, qəsəbənin küçələri xüsusi kommunal texnikalar vasitəsi ilə yuyulub.

Bundan əlavə, gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, marketlərin ətrafı, məişət tullantıları üçün ayrılmış sahələr və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti