...

Zaur Əliyev: Hazırda Azərbaycanda karantində olanların sayı 3 300-dən artıqdır

Cəmiyyət Materials 26 Mart 2020 22:19 (UTC +04:00)
Koronavirusa yoluxma hallarının kütləviliyi nəzərə alınaraq, ölkə üzrə bu məqsədlə 21 xəstəxana ayrılıb.
Zaur Əliyev: Hazırda Azərbaycanda karantində olanların sayı 3 300-dən artıqdır

Bakı. Trend:

Koronavirusa yoluxma hallarının kütləviliyi nəzərə alınaraq, ölkə üzrə bu məqsədlə 21 xəstəxana ayrılıb.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Z.Əliyev bildirib ki, xəstəxanalar bütün çatışmayan avadanlıq və tibbi personalla təmin olunur. Bakıda bu məqsədlə 6, regionlarda 15 xəstəxana ayrılıb.

Agentlik rəsmisi vurğulayıb ki, hazırda Azərbaycanda karantində olanların sayı 3 300-dən artıqdır. Onların əksəriyyəti xarici ölkələrdən gələnlərdir.

"Təəssüf hissi ilə deməliyəm ki, son vaxtlar daxildən yoluxma halları daha çox aşkarlanmağa başlayıb. İstər xəstəxanalara müraciət edən pnevmaniya diaqnozu qoyulan şəxslər, istər 103 zəng xidmətinə zəng edənlərdən yaxma götürülərək müəyyənləşdirilib ki, daxildə də yoluxma var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti