Bakı. Trend:
Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Səncərədi kənd sakini A.Əliyev 30 qram tiryəki satarkən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 3 kiloqram 450 qram tiryək, 447 ədəd metadon həbi, 35 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Suraxanı RPİ 30-cu və 32-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Məlikovdan çəkisi 3,2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.