Bakı. Samir Əli - Trend:
Azərbaycanda hansısa bölgədə yoluxma hallarının çoxalması ilə bağlı yayılan məlumatlar əsassızdır.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, Bakıda əhalinin sayı çox olduğundan xəstələrin sayı da nisbətən çoxdur:
"Amma Azərbaycanın digər regionlarında elə bir fərqli yoluxma halı yoxdur. Bütün regionlarda yayılma halları eynidir. Sərhəd-keçid məntəqələri harda varsa, orda karantin rejimi var. Harda gediş-gəliş çoxdursa, orda da vətəndaşlar karantinə alınır. Azərbaycanda xüsusi qırmızı zona yoxdur. Bəzi Azərbaycana düşmən olan ölkələr hansısa bölgədə daha çox yoluxma hallarının olduğu barədə şaiyələr yayırlar".