...

Nazirliyin "Facebook" səhifəsində izləyici sayı 100 mini ötüb

Cəmiyyət Materials 17 Aprel 2020 15:31 (UTC +04:00)
Nazirliyin "Facebook" səhifəsində izləyici sayı 100 mini ötüb

Bakı. Trend:

"Facebook" vasitəsilə aprel ayında vətəndaşların 12 000-ə yaxın müraciəti cavablandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri, aparılan geniş miqyaslı islahatlarla bağlı operativ ictimai məlumatlandırmada, eləcə də vətəndaş müraciətlərinin cavablandırılmasında sosial medianın imkanlarından geniş istifadə olunur.
Yalnız aprel ayında Nazirliyin facebook səhifəsində məlumat, foto, video, poster və s. formalarda 200-ə yaxın paylaşım edilib. Xüsusilə son vaxtlar məşğulluğa və sosial rifaha dəstək tədbirləri barədə məlumatlandırma məqsədli paylaşımlara üstünlük verilib.
Aprel ayında vətəndaşlar tərəfindən rəy və mesaj bölməsinə gələn 12 000-ə yaxın müraciətin cavablandırılması təmin olunub.

Yalnız aprel ayında Nazirliyin "Facebook" səhifəsində izləyici sayı 5 minədək artıb və hazırda 100 min 500-ə yaxındır.

Hər kəsi Nazirliyin sosial şəbəklərini izləməyə dəvət edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti