...

Xəzərin Abşeron sahilində növbəti monitorinq keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2020 14:36 (UTC +04:00)
Xəzərin Abşeron sahilində növbəti monitorinq keçirilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Abşeron yarımadasının Xəzər sahili ərazilərində növbəti monitorinq keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Trend-in məlumatına görə, İdarənin direktoru Ərəstun Həsənov jurnalistlərə bildirib ki, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər, Xətai, Səbail və Qaradağ rayonlarının, həmçinin Sumqayıtın çimərlik ərazilərində aparılan monitorinqlərin nəticəsinə görə, suyun çirklənmə səviyyəsi bəzi ərazilərdə yenə də normadan artıqdır:

"Bilgəh, Nardaran, Pirşağı və Mərdəkan sahillərində isə çirklənmə səviyyəsi norma daxilindədir. Bu ərazilərdən götürülən su nümunələrinin müqayisəli təhlili göstərir ki, ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar ictimai-iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması səbəbindən dənizə atılan tullantılar kifayət qədər azalıb və dənizdə özünü bərpa, təmizləmə prosesi gedib”.

İdarə direktorunun sözlərinə görə, lakin Binəqədi, Qaradağ, Suraxanı, Xətai, Səbail və Sumqayıtın çimərlik ərazilərində su bu gün də çirkli olaraq qalır. Çirklənmə səviyyəsində cüzi azalma müşahidə olunsa da, yenə də göstəricilər normadan artıqdır:

"Buna səbəb ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması və yaşayış massivlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasıdır. Bu halların çimərlik mövsümünədək aradan qaldırılması üçün çirkləndiricilərə tərəfimizdən müvafiq tapşırıqlar verilib, xəbərdarlıq-bildiriş məktubları göndərilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti