...

“Qazax Sement Zavodu” MMC THE BİZZ Business Excellence Award mükafatçısı elan edildi (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2020 14:15 (UTC +04:00)
“Qazax Sement Zavodu” MMC THE BİZZ  Business Excellence Award  mükafatçısı elan edildi (FOTO)

Bakı. Trend:

Qazax Sement Zavodu” MMC 2020-ci ildə World Confederation of Businesses-in (ABŞ, Hyuston) keçirəcəyi THE BİZZ Business Excellence Award mükafatçısı elan edilib.

Qazax Sement Zavodu MMC-nin 2019-2020-ci illərdə işgüzar biznes fəaliyyəti, biznesdə liderlik, məhsul və xidmətlərin keyfiyyəti, idarəetmə sistemi, innovasiyalar və digər nailiyyətlərinə görə 24-27 Noyabr 2020-ci ildə Biznesin İdarə Edilməsi üzrə Dünya Konfederasiyasının (World Confederation of Businesses) Qatarda keçiriləcəyi mükafatlandırmada qalib kimi iştirak edəcək.

Məlumat üçün bildiririk ki, 2004-cü ildə ABŞ-ın Texas ştatında Biznesin İdarə Edilməsi üzrə Dünya Konfederasiyasının (World Confederation of Businesses) əsası qoyulmuşdur. Hazırda Konfederasiyanın tərkibində dünyanın 120 ölkəsindən 3500-dən çox nümayəndə var.

“Qazax Sement Zavodu” MMC son illərdə Respublikada həyata keçirilən irimiqyaslı inşaat layihələrini keyfiyyətli sement və beton məhsulları ilə təmin edir, eyni zamanda sement və klinkerin uğurla ixracını həyata keçirir. Zavod regionda bir sıra sosial layihələri də həyata keçirir, sərhədyanı kəndlərdə yaşayan aztəminatlı ailələri mütəmadi olaraq ziyarət edir.

Zavod xüsusilə Koronavirus infeksiyasının yayıldığı son aylarda Qazax rayonunda yaşayan aztəminatlı ailələri ərzaqla təmin etmiş, eyni zamanda fasiləsiz iş rejimini nəzərə alaraq zavod ərazisində yerləşən obyekt və ofislərdə dezinfeksiya və digər zəruri tədbirləri həyata keçirmişdir.

“Qazax Sement Zavodu” MMC klinker və sement istehsalı həcminin, o cümlədən Respublikanın qərb regionunda yerləşməsi ilə Gürcüstan Respublikasına klinker ixracı potensialının artırılmasına istiqamətlənən investisiya layihəsini də həyata keçirir.

2020-ci ilin Mart-Aprel aylarında Almaniyanın "Sustained Vision" və Türkiyənin “Dal Teknik Makina” şirkəti zavodun klinker və sement istehsalı həcminin artırılması üçün texnoloji avadanlıqların təchizi və quraşdırılması işlərini həyata keçirmişdir. Layihənin uğurla reallaşdırılması üçün zavodun avtomatika və istehsalat sahələrindəki işlərə təcrübəli yerli və xarici mühəndis – texniki qrup cəlb edilmişdir. Hazırda layihə tamamlanmaq üzrədir.

Zavod tərəfindən məhsuldarlığın artırılmasına istiqamətləndirilmiş investisiyalar ixrac potensialının artırılması, ölkəyə xarici valyutanın daxil olması, eyni zamanda regionun inkişafı, yeni iş yerlərinin açılması yerli əhali üçün böyük imkanlar və perspektivlər yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti