...

Son 3 ayda texnogen mənşəli hadisələr 16 nəfərin həyatına son qoyub

Cəmiyyət Materials 27 Aprel 2020 09:44 (UTC +04:00)
Son 3 ayda texnogen mənşəli hadisələr 16 nəfərin həyatına son qoyub

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin I rübü ərzində Azərbaycan ərazisində 4 040 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 2 000 hadisə və ya 98% çoxdur.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 16 nəfər həlak olub, 55 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib, 262 nəfər təxliyə olunub.

2020-ci ilin I rübü ərzində respublika ərazisində 37 təbii mənşəli hadisə qeydə alınıb, insan tələfatı və xəsarət alan olmayıb. Qeyd olunan müddət ərzində respublika ərazisində 4 003 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 2 007 hadisə və ya 100% çoxdur.

Göründüyü kimi, texnogen mənşəli hadisələr nəticəsində 16 nəfər həlak olub, 55 nəfər xəsarət alıb ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə həlak olanlar üzrə 22 nəfər və ya 58% azdır, xəsarət alanlar üzrə 21 nəfər və ya 28% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti