...

Teledərsləri izləyən heç bir şagird tədris proqramında boşluğa yol verməməlidir

Cəmiyyət Materials 30 Aprel 2020 12:33 (UTC +04:00)
Teledərsləri izləyən heç bir şagird tədris proqramında boşluğa yol verməməlidir

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün “Mədəniyyət” kanalında yayımlanan teledərsləri izləyən heç bir şagird tədris proqramında boşluğa yol verməməlidir.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bu gün bütün şagirdlər onlayn dərslərə qoşula bilmirlər:

“Amma şagirdlər teledərslər vasitəsilə dərsləri izləyirlər. Bunun sayəsində hazırda onlar müstəqil izləmə bacarığına yiyələniblər. Çoxlu sayda şagirdin onlayn dərslərə qoşulması da müəyyən problemlərə gətirib çıxarır. Amma yaranmış problemə müsbət yöndən də yanaşmaq olar. Bu dövrdə müəllim və şagirdlərin texnologiyadan istifadə bacarığı öz bəhrəsini görəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti