...

Bakıda xeyli sayda ekspres avtobus tıxacda qaldı (FOTO)

Cəmiyyət Materials 2 May 2020 12:15 (UTC +04:00)
Bakıda xeyli sayda ekspres avtobus tıxacda qaldı (FOTO)

Bakı Ceyhun Ələkbərov - Trend:

Ekspres xətlər üzrə xeyli sayda avtobus tıxacda qalıb.

Trend-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, sözügedən avtobuslar Heydər Əliyev prospektindən şəhər istiqamətinə hərəkət edənlərdir:

"Hazırda Heydər Əliyev prospekti (şəhər istiqamətində) köməkçi yolda, tunelin girişində tıxac müşahidə olunur. Bu səbəbdən də həmin istiqamətdə hərəkət edən müntəzəm və ekspres xətlər üzrə xeyli sayda avtobus tıxacda qalıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti