...

BSU-nun Azərbaycan filologiyası fakültəsinin Elmi Şurasının onlayn iclası keçirilib

Cəmiyyət Materials 7 May 2020 10:27 (UTC +04:00)
BSU-nun Azərbaycan filologiyası fakültəsinin Elmi Şurasının onlayn iclası keçirilib

Bakı. Trend:

Bakı Slavyan Universitetinin ( BSU) Azərbaycan filologiyası fakültəsinin Elmi Şurasının online iclası keçirilib. Elmi Şuranın iclasına fakültənin dekanı,professor Eldar Piriyev sədrlik edib. İclasda Tədris işləri üzrə dekan müavini, dosent Sədaqət Əsgərova, Təlim-tərbiyə işləri üzrə dekan müavini Yaqut Baxışova, professor Rəhilə Qeybullayeva, professor İkram Qasımov, professor Şaban Hüseynov, dosent Şəhla Əhmədova, dosent Vəfa Həsənova, dosent Aytən Nəzərova, dosent Gülxanım İsmixanova, dosent Fərrux Məmmədov, baş müəllim Namiq Qafarov, baş müəllim Rəvanə Quliyeva iştirak ediblər.

Trend-in məlumatına görə, iclasda ilk olaraq COVİD-19 pandemiyasının fəsadlarından danışılmış, bütün dünyanın və Azərbaycan xalqının tezliklə bu bəladan qurtulması arzulanıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyası əleyhinə ciddi qabaqlayıcı tədbirlər həyata keçirilir. Başda BSU-nun rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva olmaqla,universitetin kollektivi bu tədbirlərdə fəal iştirak edir.

Professor Eldar Piriyev Azərbaycan təhsilində online sistemə keçidin başlanması ilə əlaqədar olaraq yüksək məsuliyyətə görə fakültə dekanlığına və müəllimlərinə təşəkkür etmiş, Azərbaycanın gənc nəslinin daha dərin biliklərə sahib olması üçün fakültə müəllimlərini bu işdə daha fəal və məsuliyyətli olmağa səslənib.

Tədris işləri üzrə dekan müavini, dosent Sədaqət Əsgərova iclasın gündəliyində duran buraxılış işlərinin vəziyyəti haqqında məlumatı Elmi Şura üzvlərinin nəzərinə çatdırıb. Sonra Müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımov və Türkologiya kafedrasının müdiri, professor Şaban Hüseynov bildiriblər ki, son zamanlar koronovirusla bağlı tələbələr mərkəzi kitabxana ilə canlı təmasda ola bilməsələr də, buraxılış işlərinin tam yazılıb sona çatdırılması üçün tələbələrin elmi rəhbərləri onlara lazımi dəstək verirlər.

Sonda iclasda yaz semestrinin imtahan sessiyasına hazırlıq, imtahan suallarının sadələşdirilməsi və azaldılması məsələləri müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti