...

AZAL: 197 Azərbaycan vətəndaşı çarter reysi ilə Kiyevdən Bakıya gətirilib (FOTO)

Cəmiyyət Materials 14 May 2020 21:42 (UTC +04:00)
AZAL: 197 Azərbaycan vətəndaşı çarter reysi ilə Kiyevdən Bakıya gətirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 14 may tarixində Kiyevdən Bakıya çarter reysi yerinə yetirilib.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti