Mərkəzi Gömrük Hospitalının dietoloqu Ramazan ayında qidalanmqla bağlı tövsiyələrini verib

Mərkəzi Gömrük Hospitalının dietoloqu Ramazan ayında  qidalanmqla bağlı tövsiyələrini verib

Bakı. Trend:

Biz hazırda bir tərəfdən xalqımızın və bütün dünya müsəlmanlarının ən əziz və sevimli ayı olan müqəddəs Ramazan, digər tərəfdən də, dünyanı cənginə almış, iqtisadiyyatları çökdürmüş, insanları təşvişə salmış COVİD-19 pandemiyası dövründə yaşayırıq. Karantin rejimini də nəzərə alsaq, bəzi iş yerlərinin, təhsil müəssisələrinin, uşaq bağçalarının, iri ticarət mərkəzlərinin bağlandığı bir dövrdə özümüzü necə aparmalı, evdə qidalanmanı necə təşkil etməli, qidalanmaya hansı məhdudiyyətləri qoymalı, hansı yeməklərdən imtina etməliyik ki, bu çətin dövrdə sağlamlığımıza zərər gəlməsin? İzləyicilərimizi maraqlandıran bütün bu suallarla Mərkəzi Gömrük Hospitalının dietoloqu, Türkiyənin Hacettepe Universitetinin "Qidalanma və Pəhriz" fakültəsinin məzunu Məlahət Kərimovaya müraciət etdik. Dr.Məlahət Kərimova ilə müsahibəni diqqətinizə çatdırırıq.

- Doktor, çox xoşdur ki, Sizinlə gözəl Ramazan ayında görüşürük. Bu ay müsəlmanların çoxu oruc tutur. Bir tərəfdən də, koronavirus infeksiyasına qarşı mübarizənin əsas yolu immun sisteminin gücləndirilməsi olduğunu bilirik. Deyə bilərsinizmi, necə edək ki, həm orucumuzu tutaq, həm immun sistemimizi gücləndirək? Sağlam qidalanmaq üçün nələri bilmək, hansı qaydalara riayət etmək lazımdır?

- Düzgün qidalanma immun sisteminin gücləndirilməsinin və sağlamlığın ən əsas şərtlərindən biridir. İstər Ramazan ayının vacib ibadətlərindən biri olan oruc tutulduğu zaman, istərsə də pandemiya dövründə düzgün və sağlam qidalanma mütləqdir. Orqanizm qısa müddətdə öz immun funksiyasını normal vəziyyətə qaytara bilir. Sağlam qidalanmaq üçün karbohidrat, zülal, yağ, mineral və vitaminlərin düzgün qəbul edilməsi vacibdir. İlk öncə gün ərzində su düzgün içilməlidir.

-Ramazan ayında düzgün qidalanma adi günlərdə qidalanmadan nə ilə fərqlənməlidir?

-Ramazan ayı ilə adi günlərdə qidalanmanın arasında böyük fərq vardır. Adi günlərdə 3 əsas və 3 ara yeməyi olaraq 6 dəfə qidalanırıq. İstənilən vaxt su, çay, meyvə və ya çərəzlərdən istifadə edirik. Ramazan ayında isə bu qidalanma sistemi 2 dəfə olur. Bunun üçün Ramazan ayı ərəfəsində 2 həftə və ya 1 ay əvvəlcədən orqanizmimizi hazırlamalıyıq: daha az kalorili qidalara, az duzlu yeməklərə üstünlük verməliyik ki, bu ay daha rahat keçsin.

Ramazan ayında imsak ilə iftar arasında olan fasilə - 16 saat ərzində aclıq və susuzluq daha çox hiss olunur. Burada düzgün qidalanmaq əsas amillərdən biridir. Immum sistemimizi qorumalı, mədə-bağırsaq sisteminə diqqət etməliyik.

İmsakda elə qidalar qəbul etməliyik ki, iftara qədər susuzluq çox hiss olunmasın. Buna görə duzsuz yeməklər yeməli, duza qoyulmuş turşulardan istifadə etməməli, yüksək kalorili xəmir yeməklərindən uzaq durmalıyıq. Su və çayın miqdarı yetərincə qəbul edilməlidir. Suyun xurma ilə içilməsi daha düzgündür. Bu da mədə-bağırsaq sistemimizin çalışması üçün əsasdır. Səhər yeməyində duzsuz pendir, soyutma yumurta, pomidor, xiyar, kəsmik, duzsuz şor, xurma və yulaf sıyığı istifadə edilməlidir.

İftar süfrəsində 1 su bardağı otaq temperaturunda su içməyimiz ac olan mədəni və həzmi rahat edir.

Daha sonra sulu yeməklərlə qidalanmağa üstünlük verilməlidir. Ağır, daha yüksək kalorili qidaların qəbulu mədə-bağırsaq sistemində həzmi çətinləşdirir. Bişmiş tərəvəzli, ətli yeməklərə, tərəvəz salatlarına üstünlük verilməlidir. Süfrə arxasında sürəkli oturub yemək düzgün deyil. Fasilə verilməli, sonra 1porsiya olaraq müxtəlif meyvələrə, 1 ovuc miqdarında çərəzlərə üstünlük verilməlidir. Belə qidalandıqda, orqanizmə lazım olan miqdarda karbohidrat, zülal, yağ, vitamin və minerallar almıs oluruq. Bu da immum sistemimizin gücləndirilməsinə yardımçı olur.

Bir məqamı da qeyd edim ki, Ramazan ayından fərqli olaraq, adi aylarda gecə vaxtı qidalanmaq düzgün deyil.

-Bəs Ramazan ayında kimlərə oruc tutmaq olmaz?

-Ramazan ayında hamilə qadınlara, şəkərli diabet xəstələrinə, ürək-damar xəstələrinə, onkoloji xəstəliyi olan insanlara, cərrahi əməliyyatdan yeni çıxmış xəstələrə oruc tutmaq məsləhət görülmür.

Karantin dövründə immum sisteminin zəifləməməsi üçün bol maye, bol vitaminli qidalara (meyvə və tərəvəzlərə) üstünlük verilməlidir.

-Doktor, izləyicilərimizə daha nəyi tövsiyə edərdiniz?

-Mən sonda bir vacib məqamı da xüsusi vurğulamaq istərdim. Azərbaycanlılarda, ələlxüsus da yaşlı nəslin nümayəndələrində belə bir fikir formalaşıb ki, hər kəs yaşamaq, güclü olmaq, xəstəliklərdən qorunmaq üçün mütləq xəmir yeməklərindən istifadə etməlidir, çoxlu ət və çörək, şirniyyat yeməlidir. Bu tamamilə səhv fikirdir. Xəmir yeməkləri immun sistemini gücləndirmir, əksinə piylənmə kimi geniş yayılmış xəstəliyə səbəb olur. Ramazan ayında və karantin müddətində xəmir yeməklərindən, şirniyyatdan çox istifadə edilməsi məsləhət deyil. Kəpək unundan bişirilmiş çörəkdən gün ərzində 4-5 dilim istifadə edilə bilər. Əgər mədədə problem varsa, o zaman buğda çörəyindən suxari olaraq istifadə edilməlidir.

Tövsiyəm budur ki, bu müqəddəs ayda oruc tutanlar da, tutmayanlar da düzgün və sağlam qidalansınlar. Yalnız bu halda biz bütün xəstəliklərə, o cümlədən başımızın üstünü qara bulud kimi alan koronavirusa da birlikdə qalib gələ bilərik.

-Məlahət xanım, maraqlı müsahibə üçün Sizə təşəkkür edirik.

-Mən də fürsətdən istifadə edib bütün həmvətənlərimi qarşıdan gələn 11 ayın sultanı - müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm, uzun ömür, sağlam həyat arzulayıram.

"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxalını dayandırıb
Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxalını dayandırıb
Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsi araşdırılır - AQTA
Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsi araşdırılır - AQTA
Loading Bars
Xəbər lenti
Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
Ağdamda işğaldan azad olunan 1 611 hektar ərazidə buğda əkilib
Erməni təxribatı nəticəsində Tərtərdə 5138 obyektə ziyan dəyib
ADNSU Mingəçevir Dövlət Universitetinin tədris-metodiki bazasının gücləndirilməsinə dəstək göstərir (FOTO)
Zidan koronavirusa yoluxub
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası tıxacların azalmasına təsir edə bilərmi?
ÜST “ASAN Könüllüləri” ilə birlikdə maska paylanma aksiyasına başlayıb (FOTO)
Vaksinlərin COVİD-19-un mutasiyaya uğrayan ştammı üçün effektli olub-olmaması açıqlanıb
Britaniya azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə bilər - Səfir
Azərbaycanda dövlət dil qaydalarını pozanlar cərimələnəcək (MÜSAHİBƏ) (VİDEO)
Gömrükdən dövlət büdcəsinə köçürülən vəsaitin həcmi açıqlandı
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir
Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinin qətnaməsinə cavab
“Azərbaycan müəllimi" qəzetinin bugünkü buraxılışında rektor Şahin Bayramovun məqaləsi dərc olunub (II hissə)
Azərbaycan gimnastları İsveçrədə Avropa çempionatında iştirak edəcək
Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır
Ukraynada matəm elan edilib
Narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı cinayət işlərinin sayı açıqlandı
"8 Noyabr" stansiyasına rəis müavini təyin edildi, heyət komplektləşdirildi
İşğaldan azad edilmiş ərazilər üçün məqsədli, aktiv məşğulluq proqramları hazırlanır
Samuxda 39.5 kilometrlik yol yenidən qurulub (FOTO)
Binədə 6 evdən oğurluq edən şəxs saxlanıldı
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanın növbəti tarixi uğuru
İranda koronavirusdan daha 75 nəfər ölüb
“Dostluq” sazişi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Fevralın 1-dən birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır
107 gün idi itkin düşən zabitimizin şəhid xəbəri gəldi (FOTO)
"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
27 dövlət əmlakı hərraca çıxarılacaq
"Dostluq" Azərbaycanın neft satışı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq - Amerikalı ekspert
Nüfuzlu “Springer International Publishing” nəşriyyatı MİDA-nın uğurlu fəaliyyətindən yazıb
Bu yolda hərəkət qismən məhdudlaşdırılır
20 Yanvar faciəsi müasir siyasi fəlsəfə kontekstində təhlil edilib
UNEC-in Elmi Şurasında yeni qərarlar qəbul olunub (FOTO)
Narazı şagirdlər yenidən qiymətləndirmədən keçə bilərlər - Şöbə müdiri
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman
Gömrükçülər yük avtomobilindən 38 ədəd “Iphone 12” müsadirə edib (VİDEO)
"Data Science" üzrə qrup rəhbəri vakansiyası hələ də aktualdır
"PAŞA Bank" dövlətin azad edilən ərazilərin bərpasına yönəlmiş bütün təşəbbüslərinin həyata keçirilməsinə töhfə verəcək - Baş icraçı direktor
Ermənistanda İkinci Qarabağ müharibəsinin yekunları ağır qəbul edilir - Rusiyalı ekspert
Fənn olimpiadaları fevralın sonu ənənəvi qaydada keçirilə bilər
Füzuli rayonunun Qarğabazar kəndi (FOTO/VİDEO)
Bu il müəllimlərin sertifikasiyası keçiriləcək? - Nazirdən cavab
Fevralın 1-dən repetitorluq fəaliyyəti üzrə tədrisin bərpası nəzərdə tutulur - RƏSMİ
Ötən il Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 4211 müraciətə baxılıb
Sabah hava yağmursuz keçəcək
Müəllimlərin işə qəbulu müsabiqəsi bölgələrdə də keçirilə bilər
Müəllimlərin onlayn dərslərə qatılmamasının səbəbini ayrı-ayrılıqda araşdırmaq çətindir - Nazir
Fevralın 1-dən sonra da şagirdlərin distant tədrisi seçmək hüququ var - Təhsil naziri
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Yaponiyanın ölkəmizdəki yeni səfiri ilə görüşüb (FOTO)
Müəllim və şagirdlərin davamiyyəti nəzarətdə saxlanılır
Azad olunmuş ərazilərdə təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri də cəlb olunacaq
Bakı Ali Neft Məktəbində “Qarabağın təbii sərvətləri" müzakirə olunub (FOTO)
İbtidai siniflərin nümunəvi dərs cədvəlləri Təhsil Nazirliyinin saytında yerləşdirilib
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri
Bu şagirdlər imtahan verə biləcəklər - Təhsil Nazirliyinin şöbə müdiri
Yağan qardan sonra paytaxta təmizlik işləri aparılır (FOTO)
Bağçalar nə zaman açıla bilər? - Rəsmi AÇIQLAMA
Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxalını dayandırıb
TAP konsorsiumu İtaliyada tikinti zamanı köçürülmüş zeytun ağaclarını yerinə qaytarıb
Avtoxuliqanlığa görə cəzalar yüngülləşdirilir
Azərbaycanda koronavirusa yoluxan şagird və təhsil işçilərinin sayı açıqlandı
Tender qarantiyasını Banka gəlmədən əldə etmə imkanı
Fiziki tərbiyə dərsləri müvəqqəti dayandırılır
Vaksinasiya oluna biləcək müəllimlərin siyahısı hazırlanıb - Emin Əmrullayev
Təhsil ilinin sonuna kimi tele-dərslər davam etdiriləcək - RƏSMİ
Sumqayıt Texnologiyalar Parkına yeni baş icraçı direktor təyin olunub
Təhsil kreditləri yeni qaydalarla verilə bilər
Təhsil haqqının ləğv edilməsi rəqabət şəraitindən imtina deməkdir - Nazir
Hazırkı şərait daha çox ibtidai sinif şagirdlərinin emosional vəziyyətinə təsir edib - Təhsil naziri
Parkinq KASKO avtomobil sığortasını Insure.az-da onlayn əldə edin
Ermənistanda müxalifət parlament qarşısında etiraz aksiyası keçirir
Qazaxıstanın Azərbaycandan pomidor idxalına tətbiq etdiyi məhdudiyyətlər müvəqqəti xarakter daşıyır - Nazirlik
Bu siniflər tədrisin bərpasında problem yarada bilər - Nazir
Ermənistan tərəfdən Qarabağda döyüşlərə cəlb edilən daha iki terrorçu barədə cinayət işi başlandı
Ötən il ölkədə 170 yaşayış evi və obyektə oğurluq cəhdinin qarşısı alınıb
İri şəhərlərdə tədris həftədə 3, rayonlarda 4-5 dəfə olacaq - Nazir
Fevralın 1-dən bu şagirdlər məktəbə gedəcək
Ali məktəblərdə təhsil nə zaman bərpa olunacaq? - Nazirdən AÇIQLAMA
Rusiyada koronavirusdan ölənlərin sayı 68 mini keçib
İsmayıllı və Qəbələ sakinlərindən odlu silah götürülüb
Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsi araşdırılır - AQTA
Məktəblər fəaliyyətə başlayır - Təhsil Nazirliyi təfərrüatları açıqladı (FOTO/VİDEO)
Fevralın 1-dən məktəblər açılır
Minatəmizləmə Agentliyinin əməkdaşı Cəbrayılda minaya düşüb
Günay Cəlilova Yelo Bankın İdarə Heyəti sədrinin müavini təyin olunub
Sürücülərə şad xəbər: Bu qaydaların pozulmasına görə cərimə ləğv edilir
Xaricdə yaşayan Azərbaycan vətəndaşlarına pasportla bağlı müraciət olunub
Dövlət xidmətləri barədə ilk sənədli filmdə “ASAN xidmət”dən bəhs olunub (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
ABŞ-da hava şarları ilə internetə girişi təmin edən layihə bağlanıb
"Dostluq" Trans-Xəzər kəməri üzrə yeni danışıqlar üçün mühit yaradacaq - Norveç konsaltinq şirkəti
Şuşada DOST mərkəzinin açılması nəzərdə tutulub - Sədr müavini
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirdi (FOTO/VİDEO)
Nişan edənlər polis şöbəsinə aparıldı
Pensiya adı ilə 480 min manatı mənimsəyən vəzifəli şəxslərin məhkəməsi başlayır
Avtomobillərə pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı yenilik
Bütün xəbərlər