...

Bakının 400-dən artıq küçə və prospekti dezinfeksiya edilib (FOTO)

Cəmiyyət Materials 16 May 2020 18:12 (UTC +04:00)
Bakının 400-dən artıq küçə və prospekti dezinfeksiya edilib (FOTO)

Bakı. Trend:

Bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) strukturları tərəfindən şəhərin mərkəzi küçə və prospektlərində, o cümlədən kənd, qəsəbə və yaşayış massivlərinin küçələrində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

BŞİH-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu işlərdə paytatxın kommunal strukturuna daxil olan xidmətlərin 40, Daxili İşlər Nazirliyinin 20 xüsusi təyinatlı texnikası və kommunal xidmətlərin 2 mindən artıq işçisi cəlb olunublar.

Saat 18:00-a kimi şəhər mərkəzi və qəsəbələr üzrə 400-dən artıq küçənin dezinfeksiyası təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti