Bakı. Trend:
Ayrı-ayrılıqda maskanın istifadəsi və ya sosial məsafənin gözlənilməsi yetərsizdir.
Trend-in məlumatına görə, bu məlumat Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) əhaliyə müraciətində göstərilib.
"Tədqiqatlar göstərir ki, ayrı-ayrılıqda maskanın istifadəsi və ya sosial məsafənin gözlənilməsi yetərsizdir, bu halda, yoluxma baş verə bilər".
TƏBİB-dən bildirilir ki, həm maskadan istifadə, həm də sosial məsafə eyni anda gözlənilməlidir.