...

Gədəbəy və Samux rayonlarına prokuror təyin olundu

Cəmiyyət Materials 20 May 2020 17:57 (UTC +04:00)
Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə fərqlənən işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Gədəbəy və Samux rayonlarına prokuror təyin olundu

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə fərqlənən işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Babayev Əli İbrahim oğlu tutduğu vəzifədən azad olunaraq Gədəbəy rayon prokuroru, Samux rayon prokuroru vəzifəsini icra edən Hacıyev Mayıl Mehman oğlu isə həmin rayonun prokuroru vəzifələrinə təyin ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti