...

Abituriyentlərdən koronavirus testinin nəticəsi tələb olunmur - RƏSMİ

Cəmiyyət Materials 4 İyun 2020 18:08 (UTC +04:00)
Abituriyentlərdən koronavirus testinin nəticəsi tələb olunmur - RƏSMİ

Bakı. Samir Əli - Trend:

TƏBİB-in abituriyent imtahanları ilə bağlı qaydalarında imtahan verənlərdən test nəticələri tələb olunmur.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, abituriyent test imtahanına daxil olarkən onun hərarəti yoxlanıla bilər: "Biz bu məsələ ilə bağlı bütün müzakirələrə hazırıq. Dövlət İmtahan Mərkəzinin hansı qərar verməsini deyə bilmərik. Amma biz TƏBİB olaraq bütün məsələlərdə müzakirələrdə iştirak edə bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti