...

Azərbaycanda daha 323 nəfər koronavirusa yoluxdu, 228 nəfər sağaldı, 5 nəfər öldü

Cəmiyyət Materials 8 İyun 2020 18:50 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 323 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış beş nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 377 nəfər müalicə olunaraq sağalıb, 93 nəfər vəfat edib, 3 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343 391 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti