...

Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı (FOTO)

Cəmiyyət Materials 9 İyun 2020 09:30 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilən vaxtdan kənar, sosial məsafəni, mövcud preventiv tədbirlərin şərtlərini pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

Trend-in məlumatına görə, Binəqədi RPİ Post Patrul Xidməti və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 8-də 28 May qəsəbəsində kafenin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 4 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı M.Ələkbərova 200 manat, digərləri 100 manat cərimə olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti