...

Asimptomatik xəstələrin evdə müalicəsi ilə bağlı qərar qəbul edilə bilər

Cəmiyyət Materials 9 İyun 2020 19:31 (UTC +04:00)
Asimptomatik xəstələrin evdə müalicəsi ilə bağlı qərar qəbul edilə bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Asimptomatik xəstələrin evdə müalicəsi ilə bağlı qərar qəbul edilə bilər.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, indiyədək bütün xəstələr xəstəxanalarda müalicə ediliblər: “Asimptomatik xəstələrin evdə müalicəsi ilə bağlı məlumatlar veriləcək. Bizi narahat edən odur ki, belə xəstələr evdə müşahidədən kənara çıxa və infeksiyanı başqalarına yoluxdura bilərlər. Buna görə də onlara xüsusi iltizamnamə imzaladılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti