...

Testlərdə virusun neqativ çıxması koronavirusun gec aşkarlanması ilə bağlıdır - Ramin Bayramlı

Cəmiyyət Materials 9 İyun 2020 19:42 (UTC +04:00)
Testlərdə virusun neqativ çıxması koronavirusun gec aşkarlanması ilə bağlıdır - Ramin Bayramlı

Bakı. İlhamə İsabalayeva - Trend:

Bəzi xəstələrdə yuxarı tənəffüs yollarında virusun aşkarlanmaması virusun mutasiyaya uğraması ilə əlaqədar deyil.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, yuxarı tənəffüs yollarından götürülən testlərdə virusun neqativ çıxması xəstəliyin gec aşkarlanması ilə bağlıdır:

"Daxildən materialın aşkarlanması çox ağır prosedurdur və bu, xəstəni yatırtmaqla həyata keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti