...

Bakıda 358 yeni təmayül sinif yaradılıb

Cəmiyyət Materials 12 İyun 2020 15:00 (UTC +04:00)
Bu tədris ilində Bakıda 163 məktəbdə 358 təmayül sinfi təşkil olunub.
Bakıda 358 yeni təmayül sinif yaradılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu tədris ilində Bakıda 163 məktəbdə 358 təmayül sinfi təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib.

BŞTİ-nin tabeliyindəki 163 məktəbdə 358 təmayül sinif təşkil olunub. Təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir.

Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti